RU
Erməni hərbçinin cəsədi Baş Qərvənd kəndində təhvil verilib
21:00
788

Erməni hərbçinin cəsədi Baş Qərvənd kəndində təhvil verilib

Beynəlxalq Qızıl Xaç Komitəsi erməni hərbçinin meyitinin geri qaytarılması ilə bağlı məlumat yayıb.

7news.Az-a daxil olan məlumatda qeyd olunur ki, bu gün, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı erməni hərbiçini meyiti geri qaytarılıb. Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında baş tuub.

Bu təhvilvermədən əvvəl BQXK, münaqişə tərəflərinin meyitlərin təmas xətti boyu döyüş meydanından çıxarılması əməliyyatlarını həyata keçirməsinə dəstək verib. BQXK həmçinin tərəflərin meyitləri bir-birinə qaytarılmasında da yardımçı olub.

Biz, münaqişənin son gərginləşməsindən sonra itkin düşmüş hesab edilən hər bir şəxsin taleyinə aydınlıq gətirilməsi istiqamətində tərəflərin göstərdikləri səyləri müsbət qiymətləndiririk. Bundan fərqli olaraq, 1992-1994-cü illərdə Dağlıq Qarabağ münaqişəsinin aktiv mərhələsində itkin düşmüş 4000-dən artıq şəxsin ailəsi hələ də onların talelərindən bixəbərdir. Bu ailələrin cavabla təmin edilməsi bizim əsas prioritetlərimizdən biridir” - deyə BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə Regional Direktoru Patrik Vial bildirib.

BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1992-ci ildən bəri regionda humanitar fəaliyyətini həyata keçirir. Münaqişənin 2 aprel tarixində başlayan gərginləşməsindən sonra BQXK, humanitar ehtiyacları qarşılamaq üçün tərəflər arasında neytral vasitəçi olmaq xidmətlərini təklif edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ