RU
Erməni kimi təqdim edilən xanım “Space”in əməkdaşı imiş - Açıqlama
15:15
1319

Erməni kimi təqdim edilən xanım “Space”in əməkdaşı imiş - Açıqlama

İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri Səttar Seviginin ailə həyatı qurduğu bildirilən və erməni qadın kimi təqdim edilən Gemma Garavelli azərbaycanlı imiş.

Bu barədə əsl ad və soyadı Cəmilə Qaravəlli olan xanım özü məlumat verib. O, saytımızla əlaqə saxlayaraq yayılan xəbərdə yalnışlıq olduğunu deyib və hazırda "Space” televiziyasında işlədiyini bildirib: "1997-ci ildən "Space"də işləyirəm. Hazırda da Xarici əlaqələr üzrə baş mütəxəssisəm. Bu xəbər mənim nüfuzuma zərbədir. Fotolarımı yayıblar və erməni olduğumu bildiriblər. Biabırçılıqdı. Haqqımda yalnış informasiya yayanları məhkəməyə verəcəyəm”.
 
C. Qaravəlli Səttar Sevgi ilə ailə həyatı qurduğunu təsdiqləyib.//BakiPost.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ