Karapetyan söhbətini yarımçıq qoyub.
Ermənistanın Kənd Təsərrüfatı naziri Serqo Karapetyan cəbhəyani Berdavan kəndində olarkən Azərbaycan ordusunun atəşinə tuş gəlib və qaçıb.
7news.az erməni KİV-ə istinadən xəbər verir ki, cəbhədə atəşkəsin pozulması zamanı nazir Berdavan kəndində üzüm emalı zavodunda vətəndaşlarla müzakirələr aparırdı.
“Zavoda üzümün qəbul qaydalarını müzakirə etməyə gəlmişdir, atəş səslərini eşitdi və dərhal qaçdı“, - kənd sakinləri deyiblər.
Kəndlilər həmçinin bildiriblər ki, son zamanlar güclü atışmalar baş verdiyindən üzüm bağlarına girməyə heç kim cürət etmir.
7news.az








