Ermənistanın fövqəladə hallar naziri Armen Eritsyan bu gün 55 yaşında dünyasını dəyişib.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
A.Eritsyan bu gün ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyri-rəsmi məlumata görə, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
A.Eritsyan bu ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edirdi./trend
7news.Az








