RU
Erməni nazir Saakaşvilini
23:15
389

Erməni nazir Saakaşvilini

Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakov Odessa vilayətininin qubernatoru Mixail Saakaşvilini yenə təhqir edib.

Nazir Saakaşvilini “siyasi dələduz” adlandırıb. Avakov öz fikirlərini rəsmi Tvitter hesabında izləyiciləri ilə bölüşüb.

Bu, Arsen Avakovla Mixail Saakaşvili arasında baş verən ilk insident deyil.

Yəqin diqqətli oxucuların yadındadır: ötən il dekabrın 14-də prezident Pyotr Poroşenkonun rəhbərlik etdiyi Milli İslahat Şurasının toplantısında Avakov münaqişə zəminində Saakaşviliyə “Ölkəmdən rədd ol” deyərək üzünə içərisi su ilə dolu stəkan atmışdı.

Saakşvili isə dəfələrlə bəyan edib ki, "Avakovun yeri həbsxanadır"./Virtualaz.org

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ