RU
Erməni nazirin maşını qəzaya düşdü - 2 hərbçi öldü
15:05
519

Erməni nazirin maşını qəzaya düşdü - 2 hərbçi öldü

Bu gün İrəvan-Gorus şosesində, Gorus şəhəri yaxınlığında Ermənistanın müdafiə nazirinin tabeliyində olan avtomobil qəzaya düşüb. 
7news.Az xəbər verir ki, bu barədə "Tert.am” saytı məlumat yayıb.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib. Nazirliyin yaydığı məlumata görə, qəza nəticəsində leytenant Armen Musikyan (sürücü) və kapitan Aleksandr Sminoyan ölüb. 
Nazirlik faktla bağlı araşdırmaların davam etdiyini və yaxın zamanlarda ictimaiyyətə daha geniş məlumatın veriləcəyini bəyan edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ