RU
Erməni ordusunun itkiləri artdı
12:48
1346

Erməni ordusunun itkiləri artdı

Ölənlərdən 17 nəfəri zabit və gizir olub.

Bazar ertəsinin səhərinə olan məlumata görə, erməni əsgərlərinin cəbhə xəttində ölən hərbçilərinin sayı 56 nəfərdən ibarətdir.

7News.Az xəbər verir ki, bu barədə İnterfaks Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, 17 nəfəri zabit və gizir, 11 nəfər çavuş, qalanları isə yefreytor və sıravi əsgərlər olub.

Qeyd edək ki, daha öncə erməni tərəfindən ölənlərin 44 nəfər olduğu barədə məlumat yayılmışdı.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ