RU
13:01
383

"Erməni rəhbər danışıqlardan qaçdığı üçün müharibə şousuna əl atır" - Arzu Nağıyev

Keçirilən saxta təlimlər bir daha buna sübut edir ki, Sərkisyan danışıqlardan qaçdığı üçün müharibə şousu yaradır.

 

Bu barədə Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Azərbaycan regionda baş verə biləcək hər hansı proseslərə hazırdır:

 

"Bu, heç də Rusiya-Ermənistan hərbi əməkdaşlığına cavab addımı deyil; bu, Azərbaycanın hərbi doktrinasına uyğun şəkildə həyata keçirilir. Bölgəni "İsgəndər”lə təhdid edən Ermənistan elə bugünlərdə Ağdamda hərbi təlimlər keçirməklə danışıqlar yolu ilə əraziləri azad etmək niyyətində olmadığını göstərdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri deklorativ sanksiya qəbul etdilər və bu gün məhz onların fəaliyyətsizliyi sayəsində Dağlıq Qarabağ münaqişəsi sanki dalana dirənib. Ermənistan parad keçirməklə Rusiya ilə olan əlaqələrini bütün dünyaya nümayiş etməyə çalışır. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həllini danışıqlar masası arxasında həll etmək istəmir. Çünki Dağlıq Qarabağ separatçılarına müstəqillik sözü verib. Keçirilən saxta təlimlər də bir daha buna sübutdur. Erməni rəhbər danışıqlardan qaçdığı üçün müharibə şousuna əl atır”.

 

Politoloqun sözlərinə görə, Suriya və Ukrayna haqqında gedən söhbətlər sanki Dağlıq Qarabağ münaqişəsini ikinci plana atıb:

 

"Supergüclər Azərbaycanda baş verənləri görməməyə çalışırlar. Bütün dünya bilir ki, biz istəsək, hərbi yolla münaqişənin həllinə nail ola bilərik. Lakin sülh bütün müharibələrdən yaxşıdır. Ermənistan isə bunu başa düşə bilmir. İrəvanda keçilən parad və və orada hansısa silahların nümayişi - bunlar hamısı boş şeydir, çünki Azərbaycan və ordusu çox güclüdür”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ