RU
Erməni rəqibini uddu, yenidən dünya cempionu oldu
12:20
542

Erməni rəqibini uddu, yenidən dünya cempionu oldu

Azərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) kikboksinqin üzrə yenidən dünya cempionatının qalibi olub.

İspaniyanın Benidorm şəhərində kikboksinqin WKA versiyası üzrə dünya cempionatı keçirilib.

19 qat dünya çempionu, 6 qat Avropa çempionu, dəfələrlə peşəkar turnirlərin qalibi olan Azərbaycan kikboksçusu Eduard Məmmədovun finalda rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub.

"Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu çəki dərəcəsində üçüncü yüri tutan da erməni idmançısıdır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ