RU
Erməni şahmatçıları qalib gələ bilmədilər
22:22
726

Erməni şahmatçıları qalib gələ bilmədilər

Şahmat üzrə Dünya Kuboku dabam edir.

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/32 mərhələsinin ilk görüşləri keçirilib.

7news.az xəbər verir ki, paytaxtımıza gələn 4 erməni şahmatçısından üçü mübarizəni davam etdirir. Bu gün onlar qalib gələ bilməyiblər.

Levon Aronyan qara fiqurlar ilə ukraynalı Aleksandr Areşenko ilə heç-heçə oynayıb.

Eyni nəticə digər erməni şahmatmısı Nabriel Sarkisyan (ağ fiqurlar) ilə fransalı Maksim Vaşye-Lyaqrava arasında qeydə alınıb.

Qrant Melkumyan (qara fiqurlar) isə kubalı Lenyer Dominqezə məğlub olub.

Xatırladaq ki, daha bir erməni şahmatçısı Samvel Ter-Saakyan 1/64 mərhələsində mübarizəni dayandırıb.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ