RU
Erməni səfir Qarabağla bağlı debatdan qaçdı
00:23
1297

Erməni səfir Qarabağla bağlı debatdan qaçdı

Parisdə Azərbaycanın Dostları Assosiasiyası Ermənistanın Fransadakı səfirinin Azərbaycanın bu ölkədəki səfiri ilə birlikdə Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğal olunması faktının müzakirəsi üçün “France 24” televiziya kanalının dəvətini rədd etməsinə təəssüfləndiyini bildirir.

 

Assosiasiyasının sədri Jan-Fransua Mansel bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilir ki, bununla da Ermənistan BMT-nin qətnamələrinə riayət etmədiyini və Dağlıq Qarabağı qeyri-qanuni işğal altında saxlayaraq beynəlxalq hüquq qaydalarının, eləcə də atəşkəsin pozulmasında məsuliyyət daşıdığını etiraf edir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ