Yeni görüntülər yayılıb.
Cəbhənin Fizuli istiqamətində gedən döyüşlər zamanı bir neçə erməni tankı və digər texnikası məhv edilib.
Xatırladaq ki, bundan əvvəl 7news.Az cəbhədə vurulmuş erməni tankının videosunu göstərmişdi.
Kadrlardan görünür ki, düşmənin T-72 tankı aldığı zərbədən darmadağın olub, tankdan əsər-əlamət qalmayıb. Tankın qülləsi onlarla metr kənara uçub. Rusiyalı jurnalist erməni hərbçilərinə istinadən xəbər verir ki, T-72 tank əleyhinə raketlə vurulub.
Bu dəfə söhbət erməni tankının vurulmazdan az əvvəl çəkilmiş görüntülərindən gedir. Təxminən 40 saniyəlik videokadrlardan görünür ki, iki erməni zabit tank ekipajına Azərbaycan ordusunun mövqelərini atəşə tutmaq üçün təlimat verir.
Tank təpənin üstündəki mövqeyə qalxır, mövqelərimizə atəş açır və dərhal geriyə hərəkət edərək cavab zərbəsinə tuş gəlməmək üçün həmin mövqedən uzaqlaşır. Ancaq belə görünür ki, tankın və ekipajının ömrünə az qalıb.
Azərbaycan ordusunun sərrast zərbəsindən sonra düşmən tankından və heyət üzvlərindən geriyə heç nə qalmır.../virtualaz
7news.Az








