İnsident nəticəsində bir hərbçimiz yaralanıb
10:07
Hərbçilərimizin blok-postuna RQD-5 əl qumbarası atan ermənini rusiyalı sülhməramlılar tutublar.
09:54
Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.
Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər. Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.
Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb. Hazırda əraziyə heç kim buraxılmır.
Olayın təfərrüatları hələlik bəlli deyil.








