Ermənistanın müdafiə nazirinin birinci müvini David Tonoyan Moskvada Rusiya müdafiə nazirinin müavini Anatoli Antonovla görüşüb.
Bu barədə 7News.Az erməni KİV-nə istinadən xəbər verir.
Ermənistanın Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, görüş zamanı Cənubi Qafqaz regionunda təhlükəsizlik və sabitliyə dair, həmçinin iki ölkə arasında hərbi-hərbi texniki sahədə əməkdaşlığa dair məsələlər və Qarabağ münaqişəsi müzakirə olunub.








