Oktyabrin 6-da Ermənistanın ordusunun işğal altında saxladığı Dağlıq Qarabağın şimalında dislokasiya olunan hərbi hissəsində iki hərbçi ayağından yaralanıb.
7news.Az Modern.az-a istinadən xəbər verir ki, bunu "Eqnikner” hərbi hissəsində xidmət edən əsgərlərdən birinin qohumu Lilit Qalstyan bildirib.
Onun sözlərinə görə, yaralananlardan biri Lorivilayətində anadan olan Sarqis Arutyunyandır: "Mən "Eqnikner”dəki insidentdən xəbər tutmuşam. Bütün günü biz uşağa zəng etmişik, o da orada xidmət edir, ancaq həmin ərazidə şəbəkə olmayıb. Kəşfiyyat idarəsinin rəisi ilə əlaqə saxlamışam, o da iki nəfərin yaralandığını bildirib. Onlar indi hospitaldadır, ancaq harada olduqlarını bilmirəm. Əsgərlər ayaqlarından ağır yaralanıblar”.
İşğalçı rejimin Qarabağdakı ordusunun mətbuat katibi Senor Asratyan isə bu məlumatları təkzib edib: "Belə hadisə baş versəydi, biz məlumat yayardıq”.
Göründüyü kimi, Qalstyan iki erməni hərbçinin harada, nə vaxt yaralanması barədə konkret fakt söyləsə də, rəsmilər bu xəbəri təkzib edirlər.
7news.Az








