RU
Ermənilər daha bir kəndi boşaltdı - Ərazi Azərbaycana təhvil verilir
11:10
252

Ermənilər daha bir kəndi boşaltdı - Ərazi Azərbaycana təhvil verilir

"Ermənistanla sərhədlərimiz dəqiqləşdirilir. Naxçıvanın iki kəndi – Kərki və Nüvədi, Qazaxın da 7 kəndi Azərbaycana qaytarılacaq”.

7News.Az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Kərki boşaldılıb, bir həftəyə Azərbaycana təhvil veriləcək: "Sonra Nüvədi kəndini təhvil alacağıq. Daha sonra Qazaxın 7 kəndi qaytarılacaq. Bu ərazilər bizimdir”.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ