Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıb.
Bu haqda müğənni Murad Arif sosial media hesabında yazıb.
Sənətçi bildirib ki, araşdırması nəticəsində növbəti erməni oğurluğu üzə çıxıb:
"Ermənilərdən növbəti mənimsəmə: Ələkbər Tağıyev bəstəsi "Eşqimi sönməyə qoymaram”ı oğurlayıblar. Böyük sənətkarımız Nisə Qasımovanın repertuarından olan nəğmədən bəhs edirəm! "Youtube"da Saro Tovmasyan ifasına təpki göstərmək lazımdır”.








