RU
Ermənilər kəndlərimizi atəşə tutur
23:14
907

Ermənilər kəndlərimizi atəşə tutur

Erməni silahlı qüvvələri atəşkəs rejimini yenidən pozub.


Bu gün axşam saat 22:00 radələrindən başlayaraq erməni işğalçıları mövqelərimizə atəş açmağa başlayıb.

Tərtər sakinlərinin saytımıza verdiyi məlumata görə, düşmən rayonun Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndlərini atəşə tutub.

Qarağacı-Qapanlı kəndinin bələdiyyə sədri Rizvan Əzizov bildirib ki, hazırda cəbhə xəttində vəziyyət gərgindir.

“Hazırda atışma davam edir. Məndə olan məlumata görə, bir neçə mülki evə ciddi ziyan dəyib. İnsanlar evlərindədirlər. Düşmən təxribatı səngimir. Ermənilər əsasən top və minaatalanlardan istifadə edir. Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndləri və Tərtər rayonunun mərkəzi atəşə tutulur. Ordumuz düşmənə cavab verir”./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ