RU
Ermənilər məktəblini belə yaraladı
10:58
684

Ermənilər məktəblini belə yaraladı

Xəbər verdiyimiz kimi, ermənilərin atəşkəsi pozması nəticəsinə ötən gün Ağdamda məktəbli yaralanıb.

Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü Məmmədov Coşqun Ələddin oğlu soğan sahəsini təmizləməyə getdiyi zaman Ağdamın işğal olunan, Gülçülük sovxozu adlanan ərazidən atəşə tutulub. XI sinif şagirdi Coşqun Məmmədov ATV-nin Qarabağ bürosuna müsahibəsini zamanı bildirib ki, güllə onun qoluna və ayağına dəyib. Hadisə zamanı atası onun yanında olub.

İki güllə yarası alan, 17 yaşlı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sakinlərin sözlərinə görə, əkin işlərinin başlaması düşmənin də fəallaşmasına səbəb olub. Sahəyə çıxan hər kəs erməni silahlı qüvvələri tərəfindən atəşə tutulur. Ancaq, sakinlər düşməndən qorxmadan əkin işlərinə davam edirlər. /atv

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ