RU
Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ
12:30
38

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutublar - RƏSMİ

İyunun 24-ü saat 10:40-dan 11:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə 7News.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ