"BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Əgər kimsə bunu unudubsa, biz bunu yada sala bilərik".
7News.az xəbər verir ki, millət vəkili Sahib Alıyevin sözlərinə görə, ötən gün Abşeronda yeni hərbi şəhərciyin açılışında da ölkə başçısı bu sözləri xatırladıb: "Kimlərin bunu unutduğu, daha dəqiqi isə unutdurmağa çalışdığı hər kəsə bəllidir. Hər kəsə o da bəllidir ki, bu, mümkün deyil və Ali Baş Komandan "Erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır” sözlərini elə-belə səsləndirmir.
Erməni işğalçı qüvvələri işğal edilmiş torpaqlardan öz xoşlarına olmasa belə çıxarılmaqdadırlar. Necə çıxarıldıqlarını biz aprel döyüşlərində gördük. Əslində bu, təkcə çıxarılma yox, həm də çıxdaş edilmədir və bu çıxdaş edilmə cəbhədə demək olar ki, hər gün baş verir. Mediada bildirilir ki, Qarabağda bir həftə ərzində düşmənin növbəti 4 hərbçisi çıxdaş edilib.
Verdikləri itkilər göstərir ki, düşmən tək-tək də olsa ya məhv ediləcək, ya da Qarabağdan çəkiləcək. Başqa yol yoxdur və ola da bilməz. Onlar hələlik birinci varianta üstünlük verirlər. Amma haraya qədər?”
Sahib Alıyev deyib ki, son on ildə hər il Ermənistan deyilən ölkəni 30-40 min adam birdəfəlik tərk edirdi. Ötən il isə belələrinin sayı 60 min olub: "İki dəfəyə yaxın artımın səbəbi aydındır. Burada aprel döyüşləri öz təsirini göstərib. O 60 minin böyük bir hissəsi erməni əsgər analarının da dəfələrlə bildirdikləri kimi, onların olmayan Qarabağda ölmək istəməyənlərdir. Proses davam edir, hər iki yöndə...” //cebhe.info
7News.az








