Goranboyda xidmət edən polis əməkdaşı erməni silahlı qüvvələri tərəfindən baş nahiyəsindən vurulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov baş nahiyəsindən ağır yaralanıb.
R.Zeynalov təcili olaraq DİN-in general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır./qafqazinfo
7News.Az








