RU
Ermənilər Qarabağa yardım üçün Los-Ancelesə toplaşacaq
19:26
583

Ermənilər Qarabağa yardım üçün Los-Ancelesə toplaşacaq

Ermənistan diasporu noyabrın 24-də Ermənistan üçün növbəti ianə toplama kampaniyası çərçivəsində telemarafon keçirəcək.

 

İanələr Dağlıq Qarabağda infrastruktur layihələrinin gerçəkləşməsinə və çoxuşaqlı ailələrə evlərin inşa olunmasına sərf olunacaq.

 

"Hayastan” fondunun keçirəcəyi telemarafon noyabrın 24-ü saat 22:00-da Los-Ancelesdən start götürəcək. Səhər saat 10:00-a qədər davam edəcək 12 saatlıq telemarafon çərçivəsində ABŞ, Kanada və dünyanın digər ölkələrində yaşayan diaspor nümayəndələri ianə göndərə biləcək.

 

Noyabrın 16-dan 20-nə qədər Fransa, İsveçrə, Almaniyada, noyabrın 20-də isə Yunanıstanda telemarafon baş tutacaq.

 

Marafonun ilk iştirakçıları olan Toronto erməniləri 1 milyon dollar ianə toplayıblar.//modern.az


7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ