RU
Ermənilər Qarabağda daş plitələr tapıblar - Fotolar
00:45
752

Ermənilər Qarabağda daş plitələr tapıblar - Fotolar

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarının bütün yeraltı, yerüstü sərvətlərini talan etməkdə, maddi-mədəniyyət abidələrinin üzərinə erməni yarlığı vurmaqda davam edirlər. İşğalçılar bu dəfə Qarabağda nadir sayıla biləcək tapıntı görüblər.

7news.Az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin "turizm idarəsnin rəisi” Sergey Şahverdiyan məlumat yayıb.

Erməni separatçı Dağlıq Qarabağ ərazisində rastlaşdığı daş plitələrdən bəhs edib və onların fotolarını da təqdim edib. "Bizim əməkdaşlarımız Artsaxın bölgələrindən birində bunları aşkar ediblər. İndi baş sındırırıq ki, bu, nə ola bilər”,-Şahverdiyan iddia edib.

O, bildirib ki, hələlik çalışmaları fayda verməyib. Belə ki, "bu daşların təyinatı və hazırlanma tarixi bəlli deyil”. S.Şahverdiyan onlarla belə nadir daşların tapıldığını deyib. Bu məlumat ermənilərin böyük marağına səbəb olub və sosial şəbəkədə geniş müzakirələr aparılır.

Erməni mediası isə Dağlıq Qarabağdakı daş tapıntıları "uçan naməlum obyektlər”ə bənzədib.
 
7news.Az
Ermənilər Qarabağda daş plitələr tapıblar - Fotolar
Ermənilər Qarabağda daş plitələr tapıblar - Fotolar
Ermənilər Qarabağda daş plitələr tapıblar - Fotolar

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ