RU
Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı
11:29
690

Ermənilər qorxu içində: Qubernator hamını gizlənməyə çağırdı

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərinə endirilən cavab atəşləri qarşı tərəfdə qorxu yaradıb.

7News.Az BAKU.WS-ə istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan əhaliyə müraciə edərək onları gizlənməyə çağırıb: "Tavuş şəhərinin sakinləri, son dərəcə diqqətli olun, sığınacaqlarda gizlənin".

Qeyd edək ki, son günlər Azərbaycan ordusu onlarla erməni hərbçisini məhv edib, sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın olunub. O cümlədən düşmənin bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edilib. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ