RU
Ermənilər Rusiyaya qarşı ayağa qalxır
20:35
1055

Ermənilər Rusiyaya qarşı ayağa qalxır

İrəvanda Rusiya ilə Ermənistan arasında vahid Hava Hücumundan Müdafiə sistemlərinin yaradılmasına qarşı yeni etirazlar başlayıb.

Aksiya “biz ölkəmizin sahibiyik” qrupunun təşəbbüsü ilə təşkil edilib.

Etirazçılardan biri onlara yaxınlaşan Ermənistanın sabiq baş naziri, hazırda parlamentin deputatı olan Qrant Baqratyana şüşə butulka atıb. "O, şüşə atıb qaçdı. Çox güman ki, bu, təxribat idi”, - deyə Qrant Baqratyan jurnalistlərə açıqlamasında bildirib.

Baqratyan etirazçılara müqavilənin xarakterini aydınlaşdırmaq üçün yaxınlaşdığını deyib. Polis deputata hücum edən etirazçını saxlayıb./anspress

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ