RU
Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı
16:40
491

Ermənilər Tbilisidə qəzaya düşdülər - 8 nəfər yaralandı

Gürcüstanın paytaxtı Tbilisidə bu gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb.

7News.Az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin "Pravaya Naberejnaya" küçəsində "Mercedes Minivan" və "Mercedes CLK" markalı iki avtomobil toqquşub. Nəticədə "Mercedes Minivan"da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır. 

"Mercedes CLK" markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ