Türkiyə məsələsi həll olunmalıdır və bunu digərlərinin əli ilə həll etmək lazımdır.
Ermənilər türklərə nifrət edirlər. Əgər biz onlara qərbdəki ərazilərini azad etməyə imkan versək, onda onlar bunu böyük məmnuniyyətlə edərlər. Ermənilər artıq bunu 1918-ci ildə ediblər, lakin həmin vaxt Moskva ona kömək etmədi, o Türkiyənin tərəfinə keçdi
Bu barədə “Rossiya 1” telekanalında teledebatlarda çıxışı zamanı LDPR partiyasının lideri Vladimir Jirinovski bildirib.
“Sayı 20 milyon olan kürdlər bizim köməyimiz gözləyirlər. Əgər biz onlara gömək etsək onda Şərqi Anadolu hazırkı siyasi durum tamamilə dəyişəcək. Nəticədə orada müstəqil Kürdüstan və Böyük Ermənistan olacaq”, - deyə Jirinovski qeyd edib./azvision
7news.az








