RU
Ermənilər öz hədəflərinə çatmaq üçün öz qadınlarını, qızlarını satıblar
15:15
2338

Ermənilər öz hədəflərinə çatmaq üçün öz qadınlarını, qızlarını satıblar

Bu sözləri 7News.az-a açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyini icraçı direktoru Xəzər Qarayev deyib: “Erməni xalqı tarix boyu yalnız öz mənfəətini güdüb və onlar üçün dostluq, yoldaşlıq, namus, qeyrət məfhumu yoxdur. Tarix buna açıq sübutdur. Tarixi şəxsiyyətlərin ermənilər haqqında fikirləri bunu deməyə əsas verir ki, onlar öz hədəflərinə çatmaq üçün öz qadınlarını, qızlarını satmaqdan çəkinməyiblər. Bu gün Ermənistanda faşist generallara heykəl qoymaq rusların, azərbaycanlıların, qazaxların, ukraynalıların, belarusların, özbəklərin, gürcülərin digər sovet xalqlarının qətlə yetirilmiş insanlarının xatirəsinə hörmətsizlikdir. Belə bir addımı ancaq ermənilər ata bilərdilər. Rusiyanın Ermənistana verdiyi dəstəyin müqabilində ermənilərin atdıqları addımlar necə nankor olduğunu göstərir. Bir rusiyalı olaraq hesab edirəm ki, dövlətim bu hörmətsizliyə sərt şəkildə cavab verməlidir. Ermənistan MDB çərçivəsində bütün proqramlardan uzaqlaşdırılmalıdır. Əgər belə bir addım atılmayacağı təqdirdə, Ermənistan tərbiyyəsiz addımlarına davam edəcəkdir. Hətta Almaniyada belə faşistlərin xatirələri əbədiləşdirilmədiyi halda ermənilərin bu addımı atması dövlət faşizmindən xəbər verir. Ancaq hesab edirəm ki, ermənilərin bu addımı Rusiya dövləti tərəfindən sərt qarşılanıb və bu məsələ ciddi müzakirə mövzusudur. Artıq bir neçə deputat Rusiyanın Xarici İşlər Nazirliyinə müraciət edib, öz narazılıqlarını bildiriblər. Onlar haqlı olaraq, bununla bağlı tədbirin görülməsini tələb edirlər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ