RU
Ermənilərin 22 illik müdafiə səddi bir neçə saata yarıldı
10:23
3958

Ermənilərin 22 illik müdafiə səddi bir neçə saata yarıldı

Cəbhə xəttində son iki gündə baş verənlər Azərbaycan ordusunun atəşkəs elan olunandan sonra ən irimiqyaslı əməliyyatı kimi tarixə düşdü.

Ermənilərin 22 ildir ki, möhkəmləndirdiyi müdafiə zolağını bir neçə saata məhv edərək keçən Azərbaycan ordusu qısa zamanda böyük strateji əhəmiyyətə malik yüksəklikləriələ keçirdi. “

Azərbaycan torpaqlarında öz işğalçılıq niyyətini davam etdirməkdə israrlı olan Ermənistan ordusu növbəti təxribatının cavabını misli ilə aldı. Azərbaycan ordusu nəinki erməni təxribatına mane oldu , eyni zamanda ani əks-hücumla Ermənistan ordusunun 22 ildir ki, möhkəmləndirdiyi müdafiə xəttini cəmi bir neçə saatda darmadağın edərək önəmli strateji yüksəklikləri düşməndən azad etdi.

Müdafiə Nazirliyinin istefada olan polkovniki Kamal Hüseynov bildirir ki, Ermənistan ordusunun müdafiə xəttinin bir neçə saata yarılması Azərbaycan ordusunun güclü taktiki hazırlığının nəticəsidir.

Hərbi ekspertin sözlərinə görə Azərbaycan ordusunun sürətli və düşünülmüş həmləsi Ermənistan hərbi bölmələrində adətən şok effekti yaradıb. Nəticədə isə nə baş verdiyini anlamayan düşmən ordusu səngərlərini, döyüş mövqelərini qoyaraq qaçmağa üz tutub.

Ekspertin fikrincə Ermənistan ordusunun ağır itkiləri İrəvan erməniləri ilə Dağlıq Qarabağ erməniləri arasında olan konflikti daha da qızışdıracaq. Bu isə Ermənistan ordusunun döyüş qabiliyyətini bir az da aşağı salacaq və orduda nizam-intizamsızlıq daha da artacaq. Bu isə Azərbaycan ordusunun qələbəsini daha da yaxınlaşdırır./xezerxeber

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ