RU
Ermənini diz çökdürən boksçumuz:
22:15
1056

Ermənini diz çökdürən boksçumuz:

“Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik”.

Qazandığım vacib qələbəyə görə çox sevincliyəm. Erməni boksçu üzərində qazandığım qələbəni şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. 

Bunu Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 56 kq-da lisenziya qazanan Cavid Çələbiyev deyib.

Yarımfinalıda ermənistanlı Aram Avaqyanı məğlub edən C.Çələbiyev vətən uğrunda canından keçməyə hər an hazır olduğunu bildirib: 

“Hər birimiz Ali Baş Komandanın əmrini gözləyirik və Vətən uğrunda döyüşməyə hazırıq”.

C.Çələbiyev qələbəsini hərbi salamla qeyd edib./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ