RU
Ermənipərəst Solovyovun kanalı bloklandı
10:15
169

Ermənipərəst Solovyovun kanalı bloklandı

"YouTube" videohostinqi rusiyalı teleaparıcı Vladimir Solovyovun "Solovyev Live" kanalını bloklayıb.

7News.Az xəbər verir ki, jurnalistin kanalı "YouTube" platformasında icma qaydaları pozduğuna görə dayandırılıb.

Bundan əlavə, "Vladimir Solovyovla axşama" kanalı da silinib.

Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.

Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını "qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparırdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ