RU
Ermənistan 2-ci Çernoblın astanasında
15:20
841

Ermənistan 2-ci Çernoblın astanasında

Ermənistanın Metsamor AES-də hər an qəza baş verə bilər.

Ermənistan rəhbərliyinin Metsamor AES-in istismar müddətini uzatması Çernobla bənzər texnoloji faciəyə səbəb ola bilər. Ermənistanın təbii sərvətlər və enerji naziri Ervand Zaxaryanın bildirdiyinə görə, yaxın zamanlarda ölkədə yeni AES tikilməyəcəyini əsas gətirərək, Metsamor AES-in istismar müddəti uzadılacaq.

Qeyd edək ki, bir çox atom ekspertinin fikrincə, Metsamor AES 2016-cı iləcən fəaliyyət göstərə bilər . Avropa Şurası Ermənistan tərəfinə bir neçə dəfə AES-in bağlanması ilə bağlı tələb də irəli sürüb. Bunun üçün Avropa Şurası AES-in konservleşməsinə hətta 200 milyon yevro ayırmağa da hazırdı./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ