Ekspert rəyi almaq üçün hesabat Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edilib.
Avropa Komissiyasının mütəxəssisləri Ermənistan Atom Elektrik Stansiyasının riskləri və təhlükəsizliyinə dair milli hesabatının qiymətləndirilməsini başa çatdırıblar.
7news.Az-ın xəbərin görə, bu barədə APA “RİA Novosti”yə istinadən məlumat verib.
Ermənistan hökuməti yanında Nüvə Təhlükəsizliyinin Nizamlanması üzrə Dövlət Komitəsi ekspert rəyi almaq üçün 2015-ci ilin avqustunda Ermənistan Atom Elektrik Stansiyasının stress-testinə dair hesabatı Avropa Komissiyasının Energetika üzrə Baş Direktorluğuna təqdim edib.
7news.Az








