Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forumda erməni tərəfinin iştirakı ilə bağlı hələlik hər hansı qərarın olmadığını bildirib.
7NEWS.Az-ın "Sputnik Armenia”ya istinadən xəbərinə görə, XİN başçısı bu barədə parlamentdə hökumət saatında deyib.
"Dünyada hadisələr çox sürətlə inkişaf edir. Dünya hər gün, hər saniyə dəyişir”, - o qeyd edib.
Ararat Mirzoyan vurğulayıb ki, forumun tarixi yaxınlaşan kimi Ermənistan tərəfi qərar verəcək.
Qeyd edək ki, Antalya Diplomatiya Forumu 11-13 mart tarixlərində keçiriləcək.
Xatırladaq ki, Türkiyə Ararat Mirzoyanı və xüsusi nümayəndə Ruben Rubinyanı Antalya Diplomatiya Forumuna dəvət edib.
7NEWS.Az








