Azərbaycan ilə Gürcüstan ərazisindən dəmir yolu ilə Ermənistana çatdırılan Rusiya və Qazaxıstandan buğdası Ermənistanın Qida Təhlükəsizliyinin Təftişi İdarəsi (QTTİ) tərəfindən laboratoriya yoxlamalarından keçib.
Bu barədə məlumatı Ermənistan mediası yayıb.
Daha əvvəl "Qraparak" məqaləsində (öz mənbələrinə istinadla) iddia edib ki, Qazaxıstandan idxal edilən buğda keyfiyyətsiz və sağlamlıq üçün təhlükəlidir, çünki aflotoksin və mikotoksinlərə yoluxub.
QTTİ-nin məlumatına görə, fitosanitar və texniki keyfiyyət şərtləri üzrə yoxlamalar Avrasiya İttifaqının standartları əsasında həyata keçirilib. Fitosanitar yoxlamalar (zərərvericilərin, alaq otlarının və xəstəliklərin olub-olmaması) zamanı karantin orqanizmləri aşkar edilməyib.
Zəhərli maddələrin (ağır metallar, pestisidlər, göbələklər) konsentrasiyası yolverilən həddi aşmayıb. Buğdanın keyfiyyət xüsusiyyətləri (faydalı maddələrin tərkibi - red.) yoxlamaları isə hələ davam edir.
Ermənistan İqtisadiyyat Nazirliyi daha əvvəl məlumat verib ki, Rusiyadan gələn taxılın keyfiyyəti yüksəkdir, lakin Qazaxıstandan gətirilən taxıl IV sortdur (bu taxıl heyvan yemi üçün emal edilir, ondan çörək bişirilmir - red.).
Xatırladaq ki, Rusiya buğdası noyabrın 5-də, Qazaxıstan buğdası isə noyabrın 8-də Ermənistanın Ayrum sərhəd dəmiryol stansiyasına çatıb. Bu, 35 il ərzində Rusiyadan və ya onun ərazisi ilə (Qazaxıstandan olan buğda da Rusiya ərazisindən keçdiyi üçün) Ermənistana Azərbaycan üzərindən çatdırılan ilk birbaşa dəmir yolu daşımaları olub.








