Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib: "Beynəlxalq Cinayət Məhkəməsinin Roma nizamnaməsi Ermənistan üçün fevralın 1-dən rəsmən qüvvəyə minib”.
7NEWS.az xəbər verir ki, Ermənistan rəsmi olaraq Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qoşulub. Ötən ilin martında məhkəmə Ukraynadakı müharibə və ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyası ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
7NEWS.az








