RU
Ermənistan cəbhədəki olaylara görə
11:35
760

Ermənistan cəbhədəki olaylara görə

“Son günlər cəbhənin Tavuş vilayəti ilə sərhəddə baş verən olaylarla yanaşı, Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı üzərinə dəqiq öhdəliklər götürən Kollektiv Təhlükəsizik Müqaviləsi Təşkilatının (KTMT) passiv fəaliyyəti Ermənistan rəhbərliyi və cəmiyyətini ciddi şəkildə narahat edir”.

Bu barədə Ermənistanın “Ayoç Axşar” qəzeti məqalə dərc edib.

Qeyd olunub ki, bu məsələ, nəinki Ermənistan və Rusiya prezidentlərinin sentyabrın 7-i baş tutan qapalı görüş zamanı müzakirə edilib, hətta tərəflər açıq şəkildə məsələnin KTMT-nın növbəti şəkildə iclasının gündəliyinə salınacağını da açıqlayıblar.

“Biz Tavuş vilayətini atəşə tutan Azərbaycana KTMT-nin birbaşa müdaxilə edəcəyini gözləmirik. Belə bir istəyimiz də yoxdur, ola da bilməz. Çünki ölkəmiz qarşı tərəfə öz cavabını verə bilər. Bundan başqa sentyabrın ilk günləri cəbhədə vəziyyəti gərginləşdirən Azərbaycan sentyabrın 7-i Sarkisyanın Moskva səfəri ilə özünü daha “sakit” aparmağa başlayıb. Lakin bizim ölkə üçün bu məsələnin prinsipiallığı və aktuallığı itmir. Belə ki, Ermənistan Rusiya ilə hərbi-siyasi saziş imzalayıb və eyni zamanda onun rəhbərliyi altında yaradılan KTMT-nın üzvləri kimi hərbi-siyasi təhlükəsizliyə zəmanət verilməsini gözləyir” , - deyə nəşr qeyd edib./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ