RU
SON DƏQİQƏ ! Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ
15:20
447

SON DƏQİQƏ ! Ermənistan əsgəri Qarabağda İNTİHAR ETDİ

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin əsgəri Şavarş Qalstyan intihar edib.

Bu barədə ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, qoşunların təmas xəttinə yaxın ərazidə onun meyiti aşkar edilib. Şavarş Qalstyanın çənə nahiyəsində odlu silahdan açılan atəşin yarası aşkarlanıb.

Xəbərdə bildirilib ki, hadisə ilə bağlı "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. //report

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ