7NEWS.az xəbər verir ki, Dünya miqyasında Fələstinə dəstək artmaqda davam edərkən, Ermənistan da Fələstini rəsmi olaraq dövlət kimi tanıyan ölkələrin karvanına qoşulub. Xarici İşlər Nazirliyindən verilən açıqlamada Fələstinin tanınması ilə bağlı qərarın yer alması ilə yanaşı, Ermənistanın BMT-nin Qəzzada dərhal atəşkəslə bağlı qərarını dəstəklədiyi və Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin tərəfdarı olduğu bildirilib.
7NEWS.az








