Monteneqro koronavirusun yayılmasına görə Avropada liderdir.
Bu barədə "Vijesti” portalı məlumat yayıb.
Qeyd edilir ki, koronavirusun yayılmasına görə 100 min əhaliyə 1 699 yoluxma düşür.
Portala görə, ikinci yerdə Ermənistan, üçüncü yerdə isə İspaniya qərarlaşıb.
Eyni zamanda, qeyd olunur ki, Monteneqro Səhiyyə Nazirliyinin məlumatında xəstələrin sayı az göstərilə bilər. Əslində, yoluxanların qeydə alındığından üç dəfə çox olduğu hesab edilir.
Monteneqro Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkədə 11 690 nəfərdə COVID-19 aşkar edilib. İnfeksiyadan gün ərzində 172 nəfər ölüb.
7News.Az








