Ermənistanın müdafiə naziri Viqen Sarkisyan yaxın günlərdə İrana səfər edəcək.
Bu barədə Sarkisyan özü jurnalistlərə açıqlamasında bildirib.
"Yaxın günlərdə mən İrana səfər edəcəyəm. Bu olduqca vacib dialoqdur. Bizim regionda təhlükəsizlik sahəsində çoxsaylı hədəflərimiz var", - deyə Viqen Sarkisyan bildirib.
Ermənistan Müdafiə Nazirliyinin rəhbəri qonşu ölkələrlə qarşılıqlı əlaqələrə böyük əhəmiyyət verdiyini bildirib. //azvision.az
7News.az








