RU
Ermənistan müharibəyə hazırlaşır:”Qarabağda yeni artilleriya və raket sistemləri yerləşdirir”
13:55
569

Ermənistan müharibəyə hazırlaşır:”Qarabağda yeni artilleriya və raket sistemləri yerləşdirir”

"Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə yeni artilleriya və raket sistemləri yerləşdirir, müdafiənin ön xəttində mühəndis istehkam işlərini möhkəmləndirməkdədir”.

7News.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın əks-hücumlarını daima gözlədiyindən müdafiə xəttini möhkəmləndirir:

"Qeyd edim ki, Rusiya Ermənistana son iki ayda yeni "TOS-1A" od saçan reaktiv sistemləri, müxtəlif növ artilleriya vasitələri göndərərək, işğal olunmuş ərazilərdə yerləşdirib. Rusiyadan yeni göndərilən bu silahların istifadə olunmasını Gümrüdəki Rusiyanın "102-ci" bazasının zabit heyəti həyata keçirir. Rus zabitlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və ölkəmiz əleyhinə düşmənlə birgə fəaliyyət göstərdiyinə görə Xarici İşlər Nazirliyi Rusiyaya nota verməlidir. Aprel döyüşlərindən sonr Rusiya Ermənistanı hərbi və iqtisadi cəhətdən möhkəmləndirmək kursunu davam etdirir. Rusiya prezidentinin "verilən silahların məxfiliyi" barədə məlum sərəncamı məhz Ermənistana göndərilən silahlarla bağlıdır. Rəsmi Moskvanın iqtisadi yardım adı ilə Ermənistana 300 milyon dollar maliyyə yardımı da bu qəbildəndir. Bu vəsait iqtisadi yardım adı ilə verilsə də, məbləğin çox hissəsi Ermənistan ordusuna ayrılacaq. Qeyd edim ki, Rusiya seçki öncəsi Ermənistana reveranslar etməklə, öz mövqeyini gücləndirməkdədir. Rusiyanın hazırki siyasətinə qarşı Azərbaycan Rusiyadan silah alınmasını tədricən dayandırmalı və Rusiyaya öz etirazını bildirməlidir. Azərbaycanın əlində bu, tutarlı arqumentdir”.//cebhe.info

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ