İştirakçılar oturaq tətil elan edib.
Ötən gün Ermənistanın paytaxtı Yerevanda müxalif qüvvələrin başlatdığı etiraz aksiyası yürüşə çevrilib.
Bu gün bir çox müxalifləri özündə birləşdirən "Yeni Ermənistan" bəyan edib ki, 24 saat davam edən oturaq tətillər keçiriləcək. Təşkilatın əsas məqsədi 6 dekabrda gözlənilən konstutisiya referendumunun qarşısını almaqdır. Referendumda parlament idarəetmə formasına keçid və hakimiyyətin dəyişməsi nəzərdə tutulur.
Sabah isə saat 18:00-da yeni mitinqin keçirilməsi planlaşdırılır.
Polis iştirakçılara müraciət edərək vəziyyəti gərginləşdirməməyə və təxribatlardn uzaq durmağa çağırıb.
Mitinq kimi başlayan etirazlar yürüşə çevrilib. Təşkilatçıların sözlərinə görə, 4 mindən çox vətəndaş mərkəzi Azadlıq meydanına toplaşıb. Yürüşə rəhbərliyi "İrs" partiyasının lideri Raffi Ovannisyan və "Rejimsiz 100 il" hərəkatının başçısı Jirayr Sefilyan edib.
Bir müddət öncə iştirakçılardan üçünün saxlanıldığı elan edilsə də, sonradan buraxıldığı deyilib./olke.az
7news.az








