RU
Ermənistan ordumuzun sağ ələ keçirdiyi kəşfiyyatçını xilas etmək istəyir
14:49
550

Ermənistan ordumuzun sağ ələ keçirdiyi kəşfiyyatçını xilas etmək istəyir

"Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanda əsirlikdə olan Karen Kazaryanın qayıdışı məsələsini diqqətdə saxlayır”.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Azərbaycan hərbiçiləri tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanla bağlı jurnalsitlərin sualına cavab verərkən bildirib.

Naqdalyan yenə iddia edib ki, Kazaryan kəşfiyyatçı deyil, adi kənd sakinidir.

"Xarici İşlər Nazirliyi onun qaytarılması məsələsini diqqətdə saxlayır”, - deyə o bildirib.

Qeyd edək ki, bu il iyulun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd edib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü, 1984-cü il təvəllüdlü Karen Kazaryan canlı ələ keçirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ