RU
Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...
11:21
1747

Ermənistan ordusu BÖYÜK İTKİ VERDİ: İrəvan qorxu içində, Bakı daim...


2018-ci ilin 1 yanvar tarixindən 10 noyabr tarixinə qədər Azərbaycanın Ermənistan tərəfindənişğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüşşəraitində böyük itkilər verib.
 

Məlumata görə, ötən ilin qeyd olunan dövründə erməni ordusu 39 itki verib. 7 itki rəqibin (Azərbaycan),
32 itki isə müxtəlif səbəblərdən qeydə alınıb.

"32 əsgər müxtəlif texniki səbəblərdən, bədbəxt hadisələrdən, intihar və xidmət yoldaşının açdığı atəşdən,
eləcə də qəza və uçqun zamanı həlak olub”, - deyə sayt yazıb.

Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu qeyd edib.

Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə riayət edilirdi, lakin buna baxmayaraq,
erməni ordusunda itkilərin sayı kifayət qədərdir: "Bu fakt olduqca həyəcanlıdır, çünki inqilabdan sonra faktiki
olaraq orduda keyfiyyət dəyişikliyi olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da dəyişən
heç nə yoxdur. Əlbəttə dünyanın heç bir ordusu fors-major situasiyalardan sığortalanmayıb, hərçənd, müharibə
aparan ölkənin ordusunda qeyri-döyüş şəraitində verilən itkilərin sayı döyüş şəraitində verilən itkilərdən 5 dəfə
çoxdursa, bu o deməkdir ki, "daxili düşmən” daha sərt və xaindir, nəinki rəqib”.

Erməni şərhçi qeyri-qanuni münasibətlərin, korrupsiyanın və digər neqativ halların "daxili düşmən” olduğunu
vurğulayıb.

"Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da problemlər həll edilməyib. Faktiki olaraq, ordu
parlamentin və cəmiyyətin nəzarətindən kənarda qalır. Ümumiyyətlə, ordu haqqında danışmaq, ordunu tənqid
etmək tabusunu yıxmağın vaxtı çatıb. Əslində bu tabu illər boyunca orduda korrupsiyanın çiçəklənməsi,
problemlərin həll edilməməsi üçün yaradılıb”, - deyə Artsruni yazır.

Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, orduda insan hüquqlarının qorunması ilə bağlı xüsusi heç bir
dəyişiklik müşahidə olunmur: "Orduda müdafiə naziri David Tonoyandan başqa heç nə dəyişməyib. Ölümlər
davam edir, bu hadisələrin araşdırılması olduqca pis aparılır, bir çox hallarda cinayət işi açılmır. Oruda vəziyyət
cəzasız qalmağa davam edir”.

S.Artsruni hakimiyyəti 2016-cı il aprel məğlubiyyətindən nəticə çıxarmağa dəvət edib.

"Məhz həmin müharibə illərlə ordumuzun gücü və qüdrəti haqqında yalançı təbliğatı alt-üst etdi. Korrupsiya
ilə mübarizə silahlı qüvvələrə keçməlidir. Bu, təkcə qeyri-qanuni münasibətlərin kökünü kəsməyəcək, həm də
gənclərin ölümünün qarşısını alacaq. Əks təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss edəcəyik”,
- deyə erməni şərhçi qeyd edir./publika
 
7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ