Ötən il Ermənistan ordusunun 63 hərbi qulluqçusu müxtəlif şəraitlərdə ölüb. Bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, ölənləri 27-si əsgər, 23-ü müqavilə ilə xidmət edən hərbiçi, 11-si zabit, 2-si gizirdir. Ölüm hallarının 38-si xidmət zamanı, 25-si xidmətdənkənar baş verib. 11 intihar halı qeydə alınıb./publika 7News.Az