RU
Ermənistan ordusunda yeni kadr təyinatları olub
19:30
324

Ermənistan ordusunda yeni kadr təyinatları olub

Ermənistan Prezidenti Armen Sarkisyanın sərəncamı ilə orduda bir sıra təyinatlar gerçəkləşdirilib.

Bu barədə Ermənistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Sərəncamla 4 yeni təyinat həyata keçirilib.

Belə ki, Nver Martirosyan Silahlı Qüvvələrin Baş Qərargahının Əməliyyat Baş İdarəsində Əməliyyat idarəsinin rəisi, Qarik Movsisyan Hava Hücumundan Müdafiə Qüvvələrində idarə rəisi, Armen Aruşanyan Silahlı Qüvvələrin Mühəndis Qoşunları idarəsinin rəisi, Albert Baqdasaryan isə Baş Qərargahın Əməliyyat Baş İdarəsi rəisinin birinci müavini təyin olunub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ