Ermənistanın Tavuş vilayətində baş verən qəzada kapitan Vaçaqan Ayrapetyan ölüb.
7news.Az Modern.az-a istinadən xəbər verir ki, Yerevan-İcevan yolunun 120-ci kilometrliyində baş verən qəza zamanı onun VAZ 21 maşını yoldan çıxaraq aşıb.
Kapitanın deformasiyaya uğramış cəsədi xilasedicilər tərəfindən çıxarılıb.
7news.Az








