RU
Ermənistan ordusunun zabiti yol qəzasında ölüb
14:40
52

Ermənistan ordusunun zabiti yol qəzasında ölüb

Ermənistanın Qırxbulaq mahalında yük maşını ilə "Nissan X-Trail” markalı minik avtomobilinin toqquşması nəticəsində Müdafiə Nazirliyinin 36 yaşlı zabiti Vigen M. hadisə yerində ölüb.

Məlumatı "Shamshyan” yayıb.

Qəza sentyabrın 29-da səhər saatlarında Həştərək rayonun ərazisindən keçən avtomobil yolunda baş verib.

Yük avtomobilinin sürücüsü Hamlet X. xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ